2023-cü ildə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 26 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bunlardan 7-si Ağdam Sənaye Parkının, 5-i "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının, 8-i Sumqayıt Kimya Sənaye Parkının, 3-ü Pirallahı Sənaye Parkının, 1-i Hacıqabul Sənaye Məhəlləsinin, 2-i Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb. Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
"Rezidentlər tərəfindən 471 milyon manat investisiyanın yatırılması, 3.100-dən çox iş yerinin yaradılması nəzərdə tutulur", - nazir əlavə edib.