Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 3,8 faiz artıb

2024.01.15 12:12 (UTC+04:00)

Ölkəmizin maliyyə dayanıqlığının təmin edilməsində vergilərin rolu ildən-ilə artır.

Bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib: "2023-cü il ərzində Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2022-ci illə müqayisədə 3,8% artaraq 16 milyard 126,7 milyon manata çatıb. Bu müddətdə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları əvvəlki illə müqayisədə 19,3% artaraq 9 milyard 707,8 milyon manat təşkil edib".