Azərbaycandan Rusiyaya 2,1 milyon ədəd yumurta tədarük edilib

2024.01.15 10:25 (UTC+04:00)

Yanvarın 13-14-də Azərbaycandan Rusiyaya 55,72 ton (918 min ədəd) həcmində növbəti yumurta partiyası tədarük edilib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir ki, yüklər müvəqqəti saxlama anbarına daxil olduqdan sonra qida məhsullarının keyfiyyətini və təhlükəsizliyini təmin etmək məqsədilə nümunələr götürülüb.

Ümumilikdə 19 dekabr 2023-cü il tarixindən indiyədək Azərbaycandan Rusiyaya 2,1 milyon ədəd yumurta tədarük edilib.