2024-cü il yanvar ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ötən ilin əvvəli ilə müqayisədə 7 faiz artaraq 761,7 min olub. Aktiv ƏDV ödəyicilərinin sayı isə 14,4 faiz artıb və 45,7 min təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı 2023-cü ilin əvvəlinə nisbətən 8,1 faiz artaraq 204,6 minə çatıb.