2023-cü ildə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 27 sahibkar Sahibkarlığın İnkişafı Fondunun (SİF) güzəştli kreditlərindən yararlanıb.
Fondun məlumatına əsasən, sahibkarların layihələrinin maliyyələşdirilməsinə SİF tərəfindən ümumilikdə 2 milyon 205 min manat güzəştli kredit ayrılıb. Kreditdən yararlanmış sahibkarlıq subyektləri muxtar respublika ərazisində sənaye, turizm, kənd təsərrüfatı, logistika və ictimai iaşə kimi iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərir. Layihələrin icrası nəticəsində 86 yeni iş yerinin yaradılması nəzərdə tutulub.
Qeyd edək ki, 2023-cü ilin fevral ayından etibarən İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun güzəştli kredit mexanizmi Naxçıvanda fəaliyyət göstərən sahibkarlıq subyektlərini də əhatə edir.