İxracatçılar üçün alıcı missiyası təşkil olunacaq

2024.01.11 18:20 (UTC+04:00)

11-16 mart tarixində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) tərəfindən alıcı missiyası təşkil olunacaq.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Agentliyə istinadən xəbər verir ki, alıcı missiyasının əhatə etdiyi hədəf bazarı Koreya Respublikasıdır.

Missiyada iştirakla bağlı ixracatçıların müraciətlərinin qəbulu elan edilib. Missiyada iştirak edəcək alıcıların maksimum sayı 15 hədəflənib. Məhsul olaraq əsasən qida, içki və sənaye sahələri nəzərdə tutulur.

Alıcı missiyasında iştirakla bağlı şərtlərlə Agentliyin saytından (https://u.to/PAo9IAhttps://u.to/vwo9IA) tanış olmaq olar.