Ölkəyə düyü idxalında artım qeydə alınıb

2024.01.11 16:15 (UTC+04:00)

2023-cü ilin yanvar-noyabr ayları ərzində ölkəyə 46,3 milyon ABŞ dolları dəyərində 50,9 min tondan çox düyü idxal edilib.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən düyünün dəyəri 13,9 faiz və ya 5,66 milyon dollar, həcmi isə 5,7 faiz və ya 2,7 min ton artıb.

2023-cü ilin oktyabr ayına nisbətdə isə noyabrda düyünün idxal dəyəri 61,3 faiz, həcmi isə 61,9 faiz artaraq müvafiq olaraq 3,27 milyon dollar və 3,28 min ton təşkil edib.

Qeyd edək ki, ötən ilin ilk 11 ayı ərzində düyü idxalı ölkənin ümumi idxalının 0,29 faizinə bərabər olub.