Birjalarda neft qiymətləri

2024.01.11 11:19 (UTC+04:00)

Dünya birjalarında neft qiymətləri artıb.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,54 dollar artaraq 77,34 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,49 dollar artaraq 71,86 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,39 dollar və ya 0,47 faiz azalaraq 82,57 dollar olub.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.