2023-cü ilin yanvar-noyabr aylarında ölkədə 25,8 min ton kolbasa məmulatları istehsal edilib ki, bu da 2022-ci ilin eyni dövrünün göstəricisindən 12 faiz və ya 2,75 min ton çoxdur.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, təkcə noyabr ayında 2 563,3 ton kolbasa məmulatları istehsal olunub. Dekabr ayının 1-nə hazır məhsul ehtiyatı 49,9 ton təşkil edib.