İyul ayının son hərracı elan edilib

2019.07.01 18:27 (UTC+04:00)

Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac iyulun 30-da keçiriləcək. Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, bu dəfə hərraca çıxarılan səhmdar cəmiyyətləri Bakı, Sumqayıt, Kürdəmir, Beyləqan kimi şəhər və rayonlarda yerləşir. İnvestorlar "Bərdə Kərpic", "Azinterservis", "Şəmkir Nəqliyyat Ekspedisiya" kimi dövlət əmlaklarının 30- 45 faizlik səhm paketlərinin özəlləşməsində iştirak edə bilərlər.

Özəlləşdirməyə çıxarılmış hər bir səhmdar cəmiyyəti haqqında ətraflı məlumat əldə etmək istəyənlər göstərilən linkə (http://www.privatization.az/) daxil ola bilərlər.

İştirak statusu qazanmaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinin elektron resursları üzərindən onlayn formada sifariş vermək və dövlət əmlakının hərrac qiymətinin 10 faizi məbləğində beh ödəmək kifayətdir.