Ölkədə traktor istehsalı artıb

2024.01.10 17:34 (UTC+04:00)

2023-cü ilin yanvar-noyabr ayları ərzində ölkədə 619 ədəd traktor istehsal olunub.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2022-ci ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal həcmi 11,3 faiz artıb.

2023-cü ilin dekabr ayının 1-nə hazır məhsul ehtiyatı 11 traktor təşkil edib.