2023-cü ildə pensiya ödənişləri 5,7 milyard manatı üstələyib

2024.01.10 16:46 (UTC+04:00)

2023-cü ildə pensiya ödənişləri 781 milyon manat və ya 16 faiz artaraq 5,726 milyard manat təşkil edib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, ötən il pensiyaların orta aylıq məbləği 17 faiz artaraq 436 manata, yaşa görə pensiyaların orta aylıq məbləği 17 faiz artaraq 467 manata çatıb.

Hesabat dövründə 32 min şəxsə elektron qaydada pensiya təyin olunub. 2019-cu ilin əvvəlindən başlayan elektonlaşma nəticəsində isə bu günə qədər ümumilikdə 102 min vətəndaşa proaktiv qaydada pensiya təyin olunub.