Növbəti hərracda 24 nəqliyyat vasitəsi satılıb

2024.01.10 12:47 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 24 nəqliyyat vasitəsi satılıb.

Xidmətdən verilən məlumata görə, rəqabətli keçən hərracda “Toyota Corolla” markalı avtomobilin start qiyməti 6750 manat olsa da, son təklif 13500 manata yüksəlib.

Start qiyməti 8000 manat olan “Nissan Patrol” markalı nəqliyyat vasitəsi isə 14800 manata özəlləşdirilib.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/37aiHY linki vasitəsilə tanış olmaq olar.

Hərraclarda iştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyərək iştirakçı statusu əldə etmək olar.