2023-cü ilin yanvar-oktyabr aylarının nəticələrinə əsasən, Azərbaycan Qazaxıstandan qəhvə idxal edən beş əsas ölkə sırasına daxil olub.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Bürosunun hesabatında deyilir.
Bildirilir ki, ötən ilin ilk 10 ayında bu kateqoriyadan olan məhsullar üzrə Azərbaycana ixracın həcmi 2,6 ton təşkil edib.
Ümumilikdə hesabat dövründə qəhvə ixracının həcmi 231,6 ton təşkil edib ki, bu da 2022-ci ilin müvafiq göstəricisini 2,3 dəfə üstələyib. Qazaxıstandan ən çox qəhvəni Rusiya (195,8 ton), Qırğızıstan (17,6 ton), Özbəkistan (7,7 ton), Monqolustan (5,4 ton) və Azərbaycan (2,6 ton) alıb.