Azərbaycandan Rusiyaya 1,2 milyon ədəd ərzaqlıq yumurta ixrac edilib

2024.01.10 10:00 (UTC+04:00)

2023-cü ilin dekabrında Rusiyada federal səviyyədə qəbul edilən qərarlardan sonra Azərbaycan və Türkiyədən 5 partiya toyuq yumurtası Dağıstana gətirilib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir ki, Azərbaycandan 1,2 milyon ədəd, Türkiyədən isə 600 mindən çox ərzaqlıq yumurta idxal olunub.

Ümumilikdə 110 ton yumurta tədarük edilib. İdxal zamanı qida məhsullarının keyfiyyətini və təhlükəsizliyini təmin etmək məqsədilə nümunələr götürülüb.