Davos Forumu ərəfəsində Dünya İqtisadi Forumunun (DİF) Dördüncü Sənaye İnqilabı Mərkəzlərinin ilk təsir hesabatı sənədi dərc olunub. DİF-in beş qitədə mövcud olan 19 mərkəzindən biri də Azərbaycan İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzidir (4SİM).
Mərkəzdən verilən məlumata görə, sənəddə 4SİM-in, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu və ABŞ-nin Coursera şirkəti ilə rəqəmsal biliklərlə bağlı “4Sİ Akademiyası” layihəsi müsbət nümunə kimi qeyd olunub.
Hesabatda həmçinin 29 sentyabr 2023-cü il tarixində Bakıda keçirilən “Yeni nəsil iqtisadiyyatda süni intellekt: çağırışlar və imkanlar” konfransına da toxunularaq, tədbirin tərəfdaşlıq və icmaların inkişafında rolu vurğulanıb.
Təsir hesabatı sənədi ilə qeyd olunan linkdən tanış olmaq olar: https://u.to/rgw7IA