2023-cü ilin dekabr ayında Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 2022-ci ilin eyni ayının göstəricisi ilə müqayisədə 29,1 faiz və ya 2 617,3 milyon ABŞ dolları artaraq 11 613,0 milyon dollar təşkil edib.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının AMB-nin hesabatı əsasında apardığı hesablamalara görə, noyabr ayına nisbətdə dekabrda valyuta ehtiyatlarında 9,4 faiz və ya 997,1 milyon dollar artım qeydə alınıb.
Qeyd edək ki, 2022-ci ilin dekabr ayının sonuna Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 8 995,7 milyon dollar təşkil edib.