Pul bazasında artım qeydə alınıb

2024.01.09 16:37 (UTC+04:00)

2023-cü ilin dekabr ayında Azərbaycanda pul bazası 2022-ci ilin eyni ayının göstəricisi ilə müqayisədə 19,5 faiz və ya 3 414,9 milyon manat artaraq 20 875,2 milyon manat təşkil edib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Azərbaycan Mərkəzi Bankının hesabatı əsasında apardığı hesablamalara görə, noyabr ayına nisbətdə isə dekabrda pul bazasında 13,8 faiz və ya 2 540,8 milyon manat artım qeydə alınıb.

Qeyd edək ki, 2022-ci ilin dekabr ayının sonuna ölkədə pul bazası 17 460,3 milyon manat olub.