İşğaldan azad edilmiş ərazilərə köç edən 1138 nəfərin məşğulluğu təmin olunub

2024.01.09 14:33 (UTC+04:00)

2023-cü il ərzində Dövlət Məşğulluq Agentliyi tərəfindən ilkin mərhələdə işğaldan azad edilmiş ərazilərə köçürülməsi nəzərdə tutulan 129,3 min nəfər şəxsin adlı siyahısı üzrə təhlillər aparılıb.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, artıq köç etmiş şəxslərdən 1138 nəfərin məşğulluğu təmin edilib. İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən 250-dən çox işəgötürənlə əlaqələr qurulub, 70-dək işəgötürənin kadr ehtiyaclarının ödənilməsinə dəstək göstərilib, 2 işəgötürənin əməkdaşlarının əməkhaqları birgə maliyyələşdirilib.

Postmüharibə dövründə şəhid ailəsi üzvləri və müharibə iştirakçılarından ibarət 20 596 şəxs aktiv məşğulluq proqramlarına, o cümlədən 10 354 şəxs özünüməşğulluq proqramına cəlb edilib.