Ötən il KOB evlərində sahibkarlara 2,8 mindən çox kommunal xidmət göstərilib

2024.01.09 12:55 (UTC+04:00)

2023-cü ildə KOB evlərində sahibkarlara 2,8 mindən çox kommunal xidmət göstərilib.

Bu xidmətlərin 1427-si “Azəriqaz” İB, 847-si “Azərişıq” ASC, 541-i isə “Azərsu” ASC tərəfindən təqdim edilib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov sosial şəbəkə hesabında yazıb.

Agentliyin rəhbəri, ümumilikdə, KOB evlərində sahibkarlara 52 növ kommunal xidmət göstərildiyini qeyd edib.