Birləşmiş Ərəb Əmirlikləri ilə ticarət dövriyyəsinin həcmi artıb

2024.01.09 09:42 (UTC+04:00)

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə ticarət dövriyyəsinin ümumi həcmi 27,1 faiz və ya 25,6 milyon ABŞ dolları artaraq 120,2 milyon dolları üstələyib.

"Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin ilk 11 ayında Azərbaycandan BƏƏ-yə 65,7 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 0,2 faiz və ya 108 min dollar çoxdur.

BƏƏ-dən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 88,1 faiz və ya 25,5 milyon dollar artaraq 54,5 milyon dollar təşkil edib.

2023-cü ilin yanvar-noyabr aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində BƏƏ ilə ticarətin payı 0,25 faiz təşkil edib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 0,06 faiz bəndi çoxdur.