Paytaxt üzrə ÜDM istehsalının artımı proqnozlaşdırılır

2024.01.08 17:38 (UTC+04:00)

2020-2040-cı illərdə paytaxt Bakıda iqtisadi fəaliyyət sahələri üzrə 22,88 milyard manat əlavə ÜDM istehsalı proqnozlaşdırılır.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli qərarı ilə təsdiq edilmiş Bakı şəhərinin 2040-cı ilədək Baş Planında nəzərdə tutulub.

Sənəddə bildirilir ki, 2040-cı ildə paytaxtda ÜDM istehsalının əsas hissəsi - 15 faizi mədənçıxarma sənayesinin, 11 faizi peşəkar və maliyyə xidmətlərinin, hər biri ayrı-ayrılıqda olmaqla 10 faiz olmaqla turizm və ticarətin payına düşəcək.

2040-cı ilədək cəlb olunan xarici investisiyaların həcminin 30,32 milyard ABŞ dolları, investisiya qoyuluşu üçün nəzərdə tutulan ərazilərin isə 24 min hektar təşkil edəcəyi nəzərdə tutulur.