Azərbaycanın sənaye zonalarında fəaliyyət göstərən avtomobil istehsalı müəssisələrində müsbət dinamika müşahidə edilir.
Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
"Sənaye zonalarında ilk avtomobil istehsalına 2018-ci ildə başlanılıb, həmin il 712 ədəd avtomobil istehsal edilmişdisə, 2023-cü ildə bu rəqəm 4.233 təşkil edib. Bu, ötən illə müqayisədə təqribən 109% artım deməkdir", - nazir əlavə edib.