2023-cü ilin yanvar-noyabr aylarında ölkəyə 101,4 milyon ABŞ dolları dəyərində 6464 ədəd yük avtomobili idxal edilib.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən bu növ nəqliyyat vasitələrinin dəyəri 6,3 faiz və ya 6 milyon dollar, sayı isə 41,9 faiz və ya 1908 ədəd artıb.
Təkcə 2023-cü ilin noyabr ayında ölkəyə 11,3 milyon dollar dəyərində 708 ədəd yük avtomobili idxal edilib ki, bu da oktyabr ayı ilə müqayisədə dəyər ifadəsində 2,6 faiz və ya 286,85 min dollar, say olaraq isə 2 faiz və ya 14 ədəd çoxdur.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən isə 2023-cü ilin yanvar-noyabr aylarında ölkədə 315 ədəd yük avtomobili istehsal olunub ki, bu da 2022-ci ilin eyni dövrünün göstəricisini 6,4 faiz üstələyir. Dekabr ayının 1-nə hazır məhsul ehtiyatı cəmi 1 traktor təşkil edib.