2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın Cənubi Koreya ilə ticarət dövriyyəsinin ümumi həcmi 74 faiz və ya 168 milyon ABŞ dolları artaraq 395,2 milyon dolları üstələyib.
"Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin ilk 11 ayında Azərbaycandan Cənubi Koreyaya 475,07 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 60,8 faiz və ya 179,72 min dollar çoxdur.
Cənubi Koreyadan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 74 faiz və ya 167,9 milyon dollar artaraq 394,76 milyon dollar təşkil edib.
2023-cü ilin yanvar-noyabr aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Cənubi Koreya ilə ticarətin payı 0,83 faiz təşkil edib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 0,37 faiz bəndi çoxdur.