2023-cü ilin yanvar-noyabr aylarında ölkədən 28,9 milyon ABŞ dolları dəyərində 22,6 min tondan çox tərəvəz və meyvələrin emal məhsulları ixrac edilib ki, bu da 2022-ci il ilin eyni göstəricilərini dəyər ifadəsində 34,4 faiz və ya 7,39 milyon dollar, həcm baxımından isə 32 faiz və ya 5,48 min ton üstələyir.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, təkcə ötən ilin noyabr ayında 4,25 milyon dollar dəyərində 3 min ton tərəvəz və meyvələrin emal məhsulları ixrac edilib ki, bu da oktyabr ayı ilə müqayisədə dəyər ifadəsində 60,2 faiz və ya 1,59 milyon dollar, həcm olaraq isə 40,2 faiz və ya 866,37 ton çoxdur.
Ötən ilin ilk 11 ayında bu kateqoriyadan olan məhsulların ümumi ixracda xüsusi çəkisi 0,09 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,95 faizə bərabər olub.