Sloveniyaya məhsul ixracı 10 dəfəyədək artıb

2023.12.30 10:16 (UTC+04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın Sloveniya ilə ticarət dövriyyəsinin ümumi həcmi 75,2 faiz və ya 16,19 milyon ABŞ dolları artaraq 37,7 milyon dolları üstələyib.

"Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk 11 ayında Azərbaycandan Sloveniyaya 11 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 9,5 dəfə və ya 9,9 milyon dollar çoxdur.

Sloveniyadan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 30,8 faiz və ya 6,27 milyon dollar artaraq 26,6 milyon dollar təşkil edib.

Cari ilin yanvar-noyabr aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Sloveniya ilə ticarətin payı 0,08 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 0,04 faiz bəndi çoxdur.