Prezident İlham Əliyevin Sərəncamına əsasən, Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 350 min manat ayrılıb.
Dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Gəndob‒Xaçmaz‒Yalama‒Rusiya Federasiyası ilə dövlət sərhədi (11 km)‒Ağalıq‒Daşlıyataq‒Günəşli avtomobil yolunun əsaslı təmiri məqsədilə isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.