Bu ilin yanvar-noyabr aylarında ölkədə 21 970,6 min dekalitr (dkl) şirinləşdirilməmiş su istehsal olunub.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 34,1 faiz və ya 7491,9 min dkl artıb.
Cari ilin oktyabr ayı ilə müqayisədə isə noyabrda istehsal həcmində 3,5 faiz və ya 50,5 min dkl artım qeydə alınıb. Noyabr ayında 1 478,2 min dkl şirinləşdirilməmiş sular istehsal olunub. Dekabr ayının 1-nə hazır məhsul ehtiyatı isə 452,2 min dkl təşkil edib.