Bu ilin yanvar-noyabr ayları ərzində ölkədən 27,3 milyon ABŞ dolları dəyərində 25,2 min tondan çox nar ixrac edilib.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci ilin eyni göstəriciləri ilə müqayisədə dəyər olaraq 9,5 faiz və ya 2,37 milyon dollar, həcm olaraq isə 40,1 faiz və ya 7,2 min ton çoxdur.
Qeyd edək ki, 2023-cü ilin ilk 11 ayında narın ümumi ixracda xüsusi çəkisi 0,09 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,9 faizə bərabər olub.