Azərbaycan Ukraynadan qoyun və keçi əti idxal edən üç əsas ölkədən biridir

2023.12.28 14:32 (UTC+04:00)

Bu ilin yanvar-noyabr aylarının nəticələrinə əsasən, Azərbaycan Ukraynadan qoyun və keçi əti idxal edən üç əsas ölkə sırasına daxil olub.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı "UkrAgroConsult"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Gömrük Xidmətinin hesabatında deyilir.

Bildirilir ki, cari ilin ilk 11 ayında ət ixracının həcmi 182 ton təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisini 4,6 faiz üstələyib. Eyni zamanda, dəyər ifadəsində ixrac 22,8 faiz azalaraq 772 min ABŞ dolları təşkil edib.

Ukraynadan ən çox qoyun və keçi ətini Birləşmiş Ərəb Əmirlikləri (97,2 faiz), Azərbaycan (1,4 faiz) və Türkiyə (0,4 faiz) alıb.