Rusiyanın “Ural Aqrosənaye Qrupu”nun “Standart” Kurqan ət emalı zavodu Azərbaycana konservləşdirilmiş mal əti tədarükünə başlayıb.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Rusiya mətbuatına istinadən xəbər verir ki, artıq istehsalçı 20 tondan çox məhsul ixrac edib.
Məhsullar Azərbaycanda mindən çox nöqtəsi olan böyük pərakəndə satış şəbəkəsinə tədarük ediləcək. Bununla yanaşı, Azərbaycana halal məhsullar da ixrac olunacaq.