Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın Bolqarıstanla ticarət dövriyyəsinin ümumi həcmi 41,4 faiz və ya 133,29 milyon ABŞ dolları artaraq 455,6 milyon dolları üstələyib.
"Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk 11 ayında Azərbaycandan Bolqarıstana 428,8 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 46,9 faiz və ya 136,89 milyon dollar çoxdur.
Bolqarıstandan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 11,8 faiz və ya 3,59 milyon dollar azalaraq 26,7 milyon dollar təşkil edib.
Cari ilin yanvar-noyabr aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Bolqarıstanla ticarətin payı 0,96 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 0,31 faiz bəndi çoxdur.