Kəlbəcər və Laçında 5 KSES-in bərpası və istismarı məqsədilə Birgə İştirak Müqaviləsi imzalanıb

2023.12.27 15:31 (UTC+04:00)

“Azərbaycan 2030-cu ilədək elektrik qoyuluşu gücünün 30 faizini bərpa olunan enerji mənbələrindən əldə etməyi və istixana qazı emissiyalarını azaltmağı hədəfləyir”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Nazir qeyd edib ki, işğaldan azad edilmiş ərazilərimizdə "yaşıl enerji" zonasının yaradılması istiqamətində növbəti layihə olan Kəlbəcər və Laçın rayonlarında 5 kiçik su elektrik stansiyasının bərpası və istismarı məqsədilə "Azərbaycan İnvestisiya Şirkəti" ASC, Türkiyənin "Demirören Yatırım Holding A.Ş." Şirkətlər Qrupu və "Arges Enerji Team" MMC arasında Birgə İştirak Müqaviləsi imzalanıb: “Dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihə yeni iş yerləri yaratmaqla bərabər, əhalinin Böyük Qayıdışının sürətləndirilməsinə, işğaldan azad edilmiş ərazilərdə dayanıqlı iqtisadi inkişafa və bərpa olunan enerji sahəsində yeni təcrübə və bacarıqların ötürülməsinə töhfələr verəcək”.