Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 350 min manat ayrılıb.
Dövlət başçısının digər bir Sərəncamı ilə isə Quba rayonunun beş min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Amsar‒ Əski İqrığ‒Gültəpə‒Möhüc‒Aşağı Tüləkəran‒Yenikənd‒Tülər‒Yuxarı Tüləkəran avtomobil yolunun əsaslı təmiri məqsədilə ilkin olaraq 1,2 milyon manat ayrılıb.
AZƏRTAC