Bu ilin yanvar-noyabr aylarında ölkədə 277,2 min ton polad boru istehsal olunub.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə polad boru istehsalı 2,4 dəfə və ya 160,2 min ton artıb.
Dekabr ayının 1-nə hazır məhsul ehtiyatı 1,2 min ton təşkil edib.