ARDNF-nin 2024-cü il büdcəsi təsdiqlənib

2023.12.27 11:58 (UTC+04:00)

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsi haqqında” Fərman imzalayıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsini formalaşdırmaq və valyuta vəsaitinin səmərəli idarə edilməsini təmin etmək məqsədilə qərara alınıb ki, Fondun 2024-cü il büdcəsinin gəlirləri 12 073 255,5 min manat, xərcləri isə 12 900 232,5 min manat məbləğində təsdiq edilsin.