İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin hökmran mövqedən istifadə etməklə müvafiq bazarlarda rəqabətin məhdudlaşdırılmasına yol verilməsi və payların alqı-satqısı zamanı sövdələşmə hallarının aradan qaldırılması istiqamətində nəzarət tədbirləri daxili bazarda istehsalın dəstəklənməsinə hədəflənir və biznes fəaliyyətlərinin genişləndirilməsinə imkan yaradır.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı xəbər verir ki, bu barədə Xidmət rəisi Məmməd Abbasbəyli sosial şəbəkə hesabında yazıb.
Xidmət rəisi bildirib ki, bu ilin yanvar-noyabr ayları ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən rəqabətin məhdudlaşdırılmasına yol verilməsi halları üzrə 53, payların alqı-satqısı ilə əlaqədar 25 müraciətə baxılıb.