Bankların xalis mənfəətində artım qeydə alınıb

2023.12.26 16:09 (UTC+04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində ölkədə fəaliyyət göstərən banklar tərəfindən 997,4 milyon manat xalis mənfəət, 1 521,2 milyon manat məbləğində əməliyyat mənfəəti əldə edilib.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Azərbaycan Mərkəzi Bankının hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin ilk 11 ayının göstəriciləri ilə müqayisədə bankların xalis mənfəəti 16 faiz, əməliyyat mənfəəti isə 22,7 faiz artıb.

İlin əvvəlindən banklar tərəfindən ümumilikdə 254,6 milyon manat məbləğində mənfəət vergisi ödənilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisini 29,5 faiz və ya 57,9 milyon manat üstələyir.