Rusiya aviaşirkəti Azərbaycana yeni reys açır

2023.12.26 14:35 (UTC+04:00)

13 yanvar 2024-cü il tarixindən etibarən Rusiyanın “Ural Hava Yolları” aviaşirkəti Yekaterinburqdan Azərbaycanın paytaxtı Bakıya müntəzəm birbaşa uçuşlar həyata keçirməyə başlayacaq.

Yekaterinburq-Bakı-Yekaterinburq marşrutu üzrə uçuşlar həftədə üç dəfə - bazar ertəsi, cümə axşamı və şənbə günləri yerinə yetiriləcək.