Mikro sahibkarların nəzərinə!

2023.12.26 11:37 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuş torpaqlarımızın milli iqtisadiyyata sürətli inteqrasiyası, bu ərazilərdə biznesin canlanması məqsədilə tədbirlər davam etdirilir.

Dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş, işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq, bu ərazilərdə əhalinin dayanıqlı məskunlaşması, davamlı iqtisadi aktivliyin təmin olunması prioritet istiqamətlərdəndir.

Antiterror əməliyyatı nəticəsində işğaldan azad olunmuş ərazilərdə yaşayan sakinlərin, burada təmsil olunan dövlət qurumları, podratçı təşkilatlar və onların işçi heyətinin bir sıra xidmətlərlə təmin olunmasına zərurət yaranmışdır. Bununla əlaqədar, bu ərazilərdə ticarət, ictimai iaşə, məişət xidməti və digər istiqamətlərdə bəzi müəssisə və obyektlərin fəaliyyətinin (fast food, dönər və s.), çay evi, bərbərxana və gözəllik salonu, dərzi və başmaqçı, çilingər, santexnika və elektrik xidmətləri, məişət və elektrik cihazlarının təmiri məntəqəsi) bərpası planlaşdırılır. Bu məqsədlə aşağıda qeyd olunan tələblərə cavab verən mikro sahibkarlıq subyektlərinə (10 nəfərədək işçisi və 200 min manatadək illik dövriyyəsi) əməkdaşlıq təklif edilir. Müraciətçilərə dair tələblər:

Müvafiq sahə üzrə fəaliyyətin təmin edilməsinə maraqlı olduğunuz təqdirdə aşağıda göstərilən sənədləri 31 yanvar 2024-cü il saat 12:00-a kimi [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək sahibkarlar üçün bir sıra vergi güzəştləri və dövlət dəstəyi tədbirləri nəzərdə tutulur.

Vergi güzəştləri:

Əməkhaqqının birgə maliyyələşdirilməsi ilə bağlı maliyyə yardımı:

Sosial güzəştlər:

Sosial sığorta güzəştləri:

Kommunal güzəştlər:

Əlavə məlumat üçün: 012 311 01 60 (daxili 1206)