Sığorta bazarında artım qeydə alınıb

2023.12.25 17:30 (UTC+04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 1 105,2 milyon manat sığorta haqqı yığılıb.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanal Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətdə 26,8 faiz çoxdur.

Hesabat dövründə 497,5 milyon manat sığorta ödənişi həyata keçirilib ki, bu da 2022-c ilin yanvar-noyabr aylarının göstəricisini 24,1 faiz üstələyir.