11 ayda 91,4 milyon ABŞ dolları dəyərində xurma ixrac edilib

2023.12.25 14:35 (UTC+04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 91,4 milyon ABŞ dolları dəyərində 124,7 min tondan çox xurma ixrac edilib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 2,1 faiz, həcmi isə 5,2 faiz artıb.

Bu ilin noyabr ayında ölkədən 45,2 milyon dollar dəyərində 60,8 min ton sözügedən məhsul ixrac olunub ki, bu da oktyabr ayı ilə müqayisədə dəyər ifadəsində 53,2 faiz, həcm ifadəsində isə 48,5 faiz çoxdur.

Qeyd edək ki, cari ilin ilk 11 ayında xurmanın ümumi ixracda xüsusi çəkisi 0,29 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 3,01 faizə bərabər olub.