"İqtisadi zona" proqramının növbəti buraxılışı VİDEO

2023.12.25 11:18 (UTC+04:00)

- Xaricdən idxal olunan avtomobillər niyə bahalaşıb? Gələn il maşın bazarında hansı yeniliklər olacaq?

- Verdiyi borcu geri ala bilməyənlər nə etməlidir? Borc müqaviləsi vətəndaşı hansı risklərdən qoruya bilər?

- Yeni il tətili neçəyə başa gəlir? Bölgələrdə və xaricdə yeni il turlarının qiyməti araşdırılıb.

İqtisadiyyatın inkişafı üçün vacib olan şərtlərdən biri də sağlam rəqabətin təmin olunmasıdır. Bu baxımdan yeni qəbul olunan Rəqabət Məcəlləsi ədalətli biznes mühiti, azad sahibkarlığın təşviqi baxımından əhəmiyyət kəsb etməklə bərabər ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətlərini təmin edəcək. Mövzu ilə bağlı sualları İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Aparat rəhbəri Tural İsmayılov cavablandırıb.

Bu və digər xəbərlərlə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ATV kanalı ilə birgə layihəsi olan "İqtisadi zona" proqramının 24 dekabr 2023-cü il tarixli buraxılışında tanış ola bilərsiniz.