Şəkərli qənnadı məmulatlarının istehsalı artıb

2023.12.25 12:52 (UTC+04:00)

Bu ilin yanvar-noyabr aylarında ölkədə 10,6 min ton şəkərli qənnadı məmulatları istehsal olunub.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 2,6 faiz və ya 275,6 ton artıb.

Cari ilin oktyabr ayı ilə müqayisədə isə noyabrda istehsal həcmində 9,8 faiz və ya 64,7 ton artım müşahidə olunub. Noyabr ayı ərzində 727,3 ton şəkərli qənnadı məmulatları istehsal olunub. Dekabr ayının 1-nə hazır məhsul ehtiyatı 114,6 ton təşkil edib.