Prezident İlham Əliyev Ağdam rayonuna səfər edib

2023.12.24 19:41 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfər ediblər.

Səfər çərçivəsində dövlətimizin başçısı “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam” qovşaq yarımstansiyasının açılışında iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində salınacaq dördüncü və beşinci yaşayış komplekslərinin təməlinin qoyulması mərasimində iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində “İmarət” Kompleksində aparılan təmir-bərpa işləri ilə tanış olublar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhər Mərkəzi parkının təməlinin qoyulması mərasimində iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam şəhərinin daxili yollarında aparılan işlərlə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam rayonunun Qiyaslı kəndinin təməlini qoyub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunda Xaçınçay su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam rayonunun Salahlı Kəngərli kəndinin təməlini qoyub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunun açılışında iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam rayonunun Baş Qərvənd kəndinin təməlqoyma mərasimində iştirak edib.