Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Beynəlxalq ticarət” işçi qrupunun video-konfrans formatında növbəti iclası keçirilib.
İclasda müvafiq dövlət qurumlarının, həmçinin özəl sektorun nümayəndələrinin iştirakı ilə işçi qrupun Yol xəritəsində nəzərdə tutulmuş bəndlərin icrası ilə bağlı müzakirələr aparılıb. Dünya Bankının “B-Ready” layihəsinin Beynəlxalq ticarət indikatoru üzrə sorğusu və gələcəkdə müvafiq reytinqlərdə ölkənin mövqeyinin yaxşılaşdırılması ilə əlaqədar fikir mübadiləsi aparılıb.
İclasda həmçinin müvafiq sahədə təkmilləşdirmələrin aparılması məqsədilə Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə “Beynəlxalq ticarət” işçi qrupunun tərkibində yaradılmış “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun Yol xəritəsinin hazırlanması barədə işlərin görüldüyü bildirilib.
İşçi qrupun gələcək fəaliyyəti, o cümlədən qarşıdakı dövr üzrə Yol xəritəsi və müvafiq Yol xəritəsinə salınacaq bəndlər nəzərdən keçirilib.