Cənubi Qafqaz boru kəməri ilə qaz nəqli artıb

2023.12.22 17:00 (UTC+04:00)

Bu ilin yanvar-noyabr aylarında magistral qaz kəmərləri ilə 36 036,2 milyon kubmetr qaz nəql edilib ki, bu da bir il öncəki eyni göstəricini 2,5 faiz və ya 888,6 milyon kubmetr üstələyir.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, qaz nəqlinin 55,3 faizi və ya 19 927,8 milyon kubmetri Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib ki, bu da illik ifadədə 5,5 faiz çoxdur.