Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan İtaliyaya 6,65 milyard ABŞ dolları dəyərində 10,4 milyon tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci il ilin eyni göstəricilərini dəyər ifadəsində 3,2 faiz və ya 206 milyon dollar, həcm baxımından isə 21 faiz və ya 1,81 milyon ton üstələyir.
Qeyd edək ki, ümumilikdə cari ilin 11 ayında ölkədən 15,09 milyard dollar dəyərində 24,19 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında İtaliya birinci yerdə qərarlaşıb və ixrac həcminin 43,1 faizi məhz bu ölkənin payına düşüb.