Üzüm şərabının istehsalında artım qeydə alınıb

2023.12.22 12:54 (UTC+04:00)

2023-cü ilin yanvar-noyabr aylarında ölkədə 1130,4 min dekalitr (dkl) üzüm şərabı istehsal edilib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 47,4 faiz və ya 363,3 min dkl artıb.

Cari ilin oktyabr ayı ilə müqayisədə isə noyabrda istehsal həcmində 16 faiz və ya 19,6 min dkl artım qeydə alınıb. Noyabr ayında 142,4 min dkl şərab istehsal olunub. Dekabr ayının 1-nə hazır məhsul ehtiyatı isə 840,6 min dkl təşkil edib.